GÖYGÖL, 20 sentyabr. TELEQRAF

Polis əməkdaşının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 41 yaşlı Mətləb Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Teleqraf-ın Qərb bürosu xəbər verir.

***

22:04

Göygöldə kişi arvadını qətlə yetirib

Teleqraf-ın Qərb bürosunun verdiyi ilkin məlumata görə, Üçtəpə kəndində baş verən hadisə zamanı kişi arvadını qətlə yetirib.

Belə ki, Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü Mətləb Quliyev həyat yoldaşı 1988-ci il təvəllüdlü Mehriban Quliyevanı bıçaqla qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma başlanılıb.