GÖYGÖL, 20 sentyabr. TELEQRAF

Göygöldə yol qəzası olub xəsarət alanlar var.

Teleqeqf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 1953 cü il təvəllüdlü Vaqif Əhmədov və 1983 cü il təvəllüdlü Ceyhunə Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.