BAKI, 15 sentyabr. TELEQRAF
Pentaqon M1 “Abrams” tanklarında istifadə olunan mühərriklərin modernləşdirilməsinə 2,5 milyard dollara qədər vəsait ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Pentaqon “National Advanced Mobility Consortium” ilə maksimum dəyəri 2,5 milyard dollar olan müqavilə imzalayıb. Razılaşma M1 “Abrams” tanklarının mühərriklərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Məlumata görə, işlər ABŞ-nin Miçiqan ştatında həyata keçiriləcək və layihənin 14 mart 2029-cu ilədək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Ağ Ev daha əvvəl ABŞ hərbi rəhbərliyinin əsas diqqətini əlavə silah tədarükündən daha çox ölkənin öz müdafiə potensialının gücləndirilməsinə yönəltdiyini açıqlayıb.