BAKI, 21 sentyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merz Xristian Demokrat İttifaqının (XDS) sədri vəzifəsini qoruyacağını və ölkə kansleri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Merz bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“Hazırda qarşımızda duran vəzifələr qətiyyət, dözüm və səbir tələb edir. Mən bunları göstərəcəyəm – XDS sədri və hər şeydən əvvəl ölkəmizin kansleri kimi”, – deyə Merz bildirib.