BAKI, 20 sentyabr. TELEQRAF

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Pakistandakı Kohat şəhərində məscidə və polis kompleksinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik.

Pakistan hökumətinə və qardaş Pakistan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.

Azərbaycan terrorizmin bütün formalarına qarşı mübarizədə Pakistanla həmrəydir”, - deyə paylaşımda qeyd olunub.