BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda görüşməyə hazır ola biləcəyini deyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.
ABŞ liderinin sözlərinə görə, Pezeşkian BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində Nyu-Yorkda olacaq və onunla görüşmək ehtimalını istisna etmir.
Jurnalist Trey İnqst “Fox News” efirində bildirib ki, Trampdan İran prezidenti ilə görüşə açıq olub-olmadığını soruşub. Onun sözlərinə görə, ABŞ prezidenti buna “yəqin ki, açıq olacağını” deyib.