BAKI, 20 sentyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merz Berlində və Meklenburq-Ön Pomeraniya federal torpaqlarında keçirilən seçkilərin exit-poll nəticələri açıqlanandan sonra xüsusi bəyanatla çıxış etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Merzin çıxışı seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) bağlandıqdan dərhal sonra gözlənilir. Qəzet kanslerin bəyanatını “gələcəyə yönəlmiş” çıxış kimi təqdim edir.
Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə Xristian Demokrat İttifaqının əyalət parlamentinə düşə bilməməsi, Berlində isə birinci yeri Sol Partiyaya uduzması ehtimalı müzakirə olunur.
Hazırda Xristian Demokrat İttifaqının (XDİ) prezidiumunun iclası keçirilir.