BAKI, 29 avqust. TELEQRAF
Birləşmiş Ştatlar hökuməti Beynəlxalq İnkişaf Agentliyi USAID) fəaliyyətini dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, Donald Trampın administrasiyası yanvar ayından etibarən vergi ödəyicilərinin on milyardlarla dollarına qənaət edib.
Rubio əlavə edib ki, iyulun 1-dən etibarən USAID-in xarici yardım proqramlarının idarə olunması da dayandırılıb.
Sentyabrın 30-dək ABŞ hökuməti USAID-in bütün xarici nümayəndəliklərini ləğv etməyi planlaşdırır. Bu proses yüzlərlə əməkdaşa – diplomatik xidmət işçilərinə, podratçılara və yerli kadrlara təsir göstərəcək.