BAKI, 10 sentyabr. TELEQRAF
Əcnəbilərin məqsədyönlü və mütəşəkkil şəkildə işə götürülməsi yerli vətəndaşların maraqlarını təmin edir ki, bu da çox vacib məsələdir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirinin birinci müavini və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi Andrey Kikotla söhbətində bildirib.
"Bu, sivil bir metoddur və bizim üçün çox vacib olan yerli vətəndaşların maraqlarını təmin edir", - dövlət başçısı bildirib.