BAKI, 10 sentyabr. TELEQRAF
İspaniya nəhənglərindən “Barselona”nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasının ilk turunda “Feyenoord”la oyunda (5:1) dubl edərək klub tarixində yeni göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, braziliyalı futbolçu bununla da Çempionlar Liqasında “Barselona” forması ilə vurduğu qolların sayını 21-ə çatdırıb.
Bununla da, həmyerlisi Neymarın rekorduna çataran Rafinya klubun turnir tarixində ən yaxşı 5 bombardiri sırasına daxil olub.
“Barselona”nın heyətində Çempionlar Liqasında Rafinyadan daha çox qol vuran futbolçular Rivaldo (22), Robert Levandovski (23), Luis Suares (25) və Lionel Messidir (120).