BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.
Teleqraf klubun mətbuat xidmətinə iatinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Bukovina" klubu ilə müqavilə imzalayıb.
Tərəflər arasında “1 +1” illik müqavilə bağlanıb. Dadaşov "sarı-qaralar"ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.
Milli üzvü daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela", İsveçrənin "Qrasşopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarının da formasını geyinib.
Qeyd edək ki, Renat Dadaşov 2025/2026 mövsümünü Polşanın "Motor" komandasında keçirib. Almaniyanın U-16 və U-17 yığmalarında da forma geyinmiş futbolçu 2017-ci ildən dəvət aldığı Azərbaycan millisində keçirdiyi 45 matçda 7 qol vurub.