BAKI, 10 sentyabr. TELEQRAF
İngiltərə millisinin sabiq futbolçusu Ruben Loftus-Çikin “Milan”dan ayrılacağı gözlənilir.
Teleqraf xarici KIV-ə istinadən xəbər verir ki, nə “rossoneri” rəhbərliyi, nə də 30 yaşlı yarımmüdafiəçi 2027-ci ilin iyununda başa çatacaq müqaviləni uzatmaqda maraqlıdır.
Klubun Loftus-Çiki qış transfer pəncərəsində satacağı, yoxsa mövsümün sonunda müqaviləsinin başa çatması ilə onun azad agent kimi ayrılmasına imkan verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, 2023-cü ilin yayında “Çelsi”dən təxminən 19 milyon avroya transfer olunan futbolçu “Milan”ın heyətində indiyədək 103 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Loftus-Çik İngiltərə millisinin formasını 11 dəfə geyinib.