BAKI, 10 sentyabr. TELEQRAF
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə müxtəlif bölgələrdə Ukraynaya məxsus 448 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Orel, Rostov və Tula vilayətləri, Dağıstan, Kalmıkiya, Krım, Krasnodar diyarı əraziləri, Xəzər və Qara dənizlərin üzərində üzərində vurulub.