BAKI, 10 sentyabr. TELEQRAF

Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, memorandum Bakıda AIDA-nın təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA-nın rəhbəri Abdullah Eren imzalayıblar.