BAKI, 27 iyul. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesuela prezidenti Nikolas Maduro narkokartelə rəhbərlik edir.
Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Maduro ‘Los Soles’ kartelinin rəhbəridir. Ölkəni ələ keçirmiş narkoterror təşkilatının başçısıdır. O, ABŞ-yə narkotik maddələrin tədarükündə ittiham olunur”, – Rubio qeyd edib.
Qeyd edək ki, ABŞ-ın əvvəlki administrasiyası 2024-cü il iyulun 28-də keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayıb. Həmin seçkilərdə Maduro qalib elan edilmişdi. Vaşinqton isə onun əsas rəqibi, müxalifətçi Edmundo Qonsalesi Venesuelanın qanuni seçilmiş prezidenti kimi tanıyıb.
Maduronun 2025-ci il yanvarın 10-da vəzifəyə başlamasından öncə Bayden Qonsaleslə görüş keçirərək onu ölkənin seçilmiş prezidenti adlandırmışdı.