BAKI, 10 sentyabr. TELEQRAF

Azərbaycanda "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiqlənib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflər Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunacaq.

Dövlət Ehtiyatları Agentliyi isə səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin edəcək.