BAKI, 10 sentyabr. TELEQRAF

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Dağıstan Respublikasında, Xəzər dənizinin sahilində yerləşən Mahaçqala Dəniz Ticarət Limanının neft infrastrukturu obyektlərini vurub.

Teleqraf xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Bildirilib ki, liman 10 min tona qədər yükgötürmə qabiliyyətinə malik tankerlərə xidmət göstərir. Liman yaxınlığında neft bazası da yerləşir:

“Mahaçqala limanı təcavüzkarın logistikasında strateji əhəmiyyət daşıyır. Bu, Xəzər dənizində Rusiya Federasiyasının ilboyu fəaliyyət göstərən yeganə donmayan dərin sulu limanıdır. Buradan müxtəlif növ yüklər daşınır və liman Rusiyanın İran, Hindistan və Cənubi Asiyanın digər ölkələri ilə alternativ əlaqəsini təmin edən Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm həlqəsidir”.