BAKI, 10 sentyabr. TELEQRAF

La Liqa təmsilçilərindən “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Çempionlar Liqasının ilk turunda “Feyenoord”a qarşı keçirilən oyunda cərimə zərbəsindən qol vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

19 yaşlı futbolçu Çempionlar Liqasında La Liqa klublarından cərimə zərbəsindən qol vuran ən gənc oyunçu olub.

Yamal bununla “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülərin rekordunu geridə qoyub.

Qeyd edək ki, Hansi Flikin komandası “Feyenoord”u 5:1 hesabı ilə məğlub edib. “Barselona” ikinci turda səfərdə Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.