BAKI, 10 sentyabr. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə “Sabah” arasında keçiriləcək qarşılaşma ilə bağlı proqnoz açıqlanıb.

Teleqraf xəbər verir ki, ABŞ-ın “Sports Illustrated” nəşrində dərc olunan yazıda İngiltərə klubunun aşkar favorit olduğu bildirilib.

“Mançester Yunayted”in qələbəsinə 83,7 faiz, heç-heçəyə 11,1 faiz, “Sabah”ın qalib gəlməsinə isə 5,2 faiz ehtimal verilib. Proqnoza əsasən, “qırmızı şeytanlar” qarşılaşmanın hər iki hissəsində qalib gələcək və hər iki komanda qol vuracaq.

Nəşr “Mançester Yunayted”in xüsusilə hücum xəttindəki gücünü önə çəkib. Bildirilib ki, Maykl Karrik 2026-cı ilin yanvarında baş məşqçi postuna keçdikdən sonra komanda Premyer Liqada 33 qol vurub. “Old Trafford”da isə bu müddətdə 21 dəfə fərqlənib.

“Sabah”ın da təhlükəli hücum xəttinə malik olduğu vurğulanıb. Azərbaycan təmsilçisinin Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi 8 oyunun hər birində qol vurduğu, Coy-Lens Mikelsin də Avropa arenasında artıq 4 qol dəfə fərqləndiyini xatırladılıb.

Yazıda “Mançester Yunayted”in müdafiəsində boşluqlar olduğunu da qeyd edilib. İngiltərə klubunun ötən mövsüm Premyer Liqada oyunların 71 faizində hər iki komandanın qol vurduğu nəticələrə şahid olduğu bildirilib.

Qeyd edək ki, “Old Trafford”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma “Mançester Yunayted” və “Sabah” arasında tarixdə ilk oyun olacaq. Eyni zamanda "qırmızı şeytanlar" ilk dəfə Azərbaycan təmsilçisi ilə, eyni zamanda “Sabah” ilk dəfə İngiltərə klubu ilə üz-üzə gələcək.