BAKI, 10 sentyabr. TELEQRAF

“Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Qırmızı dəniz sahilində yerləşən Əl-Moxa liman şəhərinə nəzarəti ələ keçirərək, strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına yaxınlaşıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Agentliyin yazdığına görə, Yəmən hökumətindəki üç mənbə bu məlumatı təsdiqləyib.