BAKI, 10 sentyabr. TELEQRAF
Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, əsasən Zəngəzur və Qarabağın bərpası və inkişafına dəstəyi prioritet hesab edirik.
Teleqraf xəbər verir ki, bu barədə Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
O qeyd edib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin bu bölgələrdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəsinin bu il ərzində başlaması gözlənilir:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə 2030-cu ilədək icra olunacaq və ümumi büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir.
Ümid edirəm ki, bu layihə uğurla həyata keçiriləcək”.