BAKI, 19 iyul. TELEQRAF

ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) Çin, Rusiya, İran və Şimali Koreyadan olan təxminən 70 əcnəbini işdən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

TV-nin qeyd edir ki, işçilərin əksəriyyəti Kənd Təsərrüfatı Tədqiqatları Xidmətində (ARS) işləyən çinli postdoktorantlar olub, lakin indi əsas layihələrin dayandırılması ilə üz-üzə qalıblar.

USDA, ixtisarların milli təhlükəsizliklə əlaqəli olduğunu və "düşmən ölkələrdən" olan xarici tədqiqatçıları bütün proqramlardan kənarlaşdırmaq üçün daha geniş səylərin bir hissəsi olduğunu söyləyib. İşçilər qəfilətən işdən çıxarılıb və bir çoxunun giriş kartları işləmir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamentində Rusiya və Ukrayna üzrə mütəxəssislərin ixtisara məruz qalıb.