BAKI, 15 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampım Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq Kiyevə səfəri çərçivəsində Ukraynanın müdafiə naziri Rustem Umerov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatların rəsmisi "X" sosial şəbəkəsində yazıb.

"Dünən mən müdafiə naziri Rustem Umerov, hərbi kəşfiyyatın rəhbəri Kirill Budanov və general Aleksandr Sırski ilə görüşdüm", - o bildirib.

"Biz davam edən müharibəni və ədalətli sülhə aparan ciddi yolları müzakirə etdik", - Kelloq əlavə edib.

Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Kiyevdə Vladimir Zelenski ilə görüşüb.