BAKI, 15 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sistemini (FRS) əsas faiz dərəcəsini üç faiz bəndi aşağı salmağa çağırıb, çünki bu, hər il təxminən 1 trilyon dollara qənaət edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti "X" hesabında yazıb.
"FED dərəcələri 3 baza bəndi azaltmalıdır, inflyasiya çox aşağıdır. Bununla, hər il bir trilyon dollara qənaət edəcəyik", - Amerika lideri yazıb.
Qeyd edək ki, Tramp dəfələrlə FED-in uçot dərəcəsini aşağı salmalı olduğunu vurğulayıb, həmçinin onun sədri Jerome Pauelli kəskin tənqid edib və onu vəzifəsindən uzaqlaşdırmaqla hədələyibr. Tənzimləyici qurum isə iyun ayında məzənnəni 4,25-4,50% intervalında saxlamaq qərarına gəlib.
Pauell isə istefa vermək fikrində olmadığını dəfələrlə bildirib. Onun səlahiyyət müddəti gələn ilin mayında başa çatır.