BAKI, 24 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı səbri tükənir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt deyib.
“Prezident məyusdur, səbri tükənir. O, dünya üçün doğru olanı etmək, qətllərə son qoyulmasını istəyir. Amma bunun baş verməsi üçün müharibənin hər iki tərəfi də bunu istəməlidir”, - Levitt bildirib.