BAKI, 13 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın ailəsi "Binance" kriptovalyuta şirkətində pay sahibi olmaq üçün danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, "Binance" Amerika bazarına qayıtmaq ümidi ilə keçən il Trampın tərəfdaşları ilə əlaqə saxlayıb.

Xatırladaq ki, ABŞ "Binance" şirkətini bank sirri haqqında qanunu pozduğuna, həmçinin çirkli pulların yuyulmasına görə 4,3 milyard dollar ödəməyi barədə qərar qəbul etmişdi.

Mənbənin sözlərinə görə, şirkət nümayəndələri Tramp ailəsinə ABŞ bazarına qayıtmaq hüququ müqabilində öz aktivlərinin bir hissəsini təklif ediblər.