BAKI, 27 fevral. TELEQRAF

ABŞ-də respublikaçılar hazırkı Ağ Ev rəhbərinin adının əbədiləşdirilməsi ilə bağlı təkliflər irəli sürürlər.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Belə ki, Trampın simasının Raşmor dağında əbədiləşdirilməsi barədə təklif səslənib. Həmin dağda Avraam Linkoln, Corc Vaşinqton, Tomas Cefferson və Teodor Ruzveltin təsvirləri var.

Bundan başqa, konqresmenlər Dallas hava limanına ABŞ liderinin adının verilməsini istəyirlər. Onlar Trampın şərəfinə təqvim günü ayırılmasını da təklif edirlər. Hətta prezidentin adının ştatlardan birinə verilməsi təklifi də səslənməkdədir.