BAKI, 11 sentyabr. TELEQRAF
İsrail qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının silahlı birləşmələrinin iki komandirinin sui-qəsdlə öldürüldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Onlardan biri HƏMAS-ın Xan Yunisdəki hərbi qanadının komandiri Məhəmməd Yazuri olub. O, 11 sentyabr gecəsi snayperlə öldürülüb. Onunla birlikdə daha iki silahlı zərərsizləşdirilib.
Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri yaxınlığında keçirilən başqa bir əməliyyatda Muammen Cəbr əs-Səyid Əbu Labda öldürülüb. İsrail ordusunun məlumatına görə, o, Rəfəhdə HƏMAS-ın snayper bölməsinə komandanlıq edib.