ŞUŞA, 11 sentyabr. TELEQRAF
Meksika və Azərbaycan arasında siyasi dialoq genişlənib, institusional əlaqələr artıb.
Teleqraf-ın Şuşaya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, son dövrdə iki ölkə arasında qarşılıqlı maraq əsasında yeni əməkdaşlıq istiqamətlərinin araşdırılmasına ciddi maraq müşahidə olunur:
“Bu il diaspor məsələləri, eləcə də müdafiə və təhlükəsizlik sahələrində iki mühüm razılaşma əldə olunub”.
Diplomat qeyd edib ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq Meksikanın Azərbaycana ilk hərbi və hava attaşesinin – polkovnik Marko Covanni Leyva Kontrerasın təyin olunması ilə daha da güclənəcək.