ŞUŞA, 11 sentyabr. TELEQRAF
Bu gün Şuşada Meksikanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib.
Teleqraf-ın Şuşaya ezam edilmiş əməkdaşı xəbər verir ki, tədbirdə Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Meksikanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib.
Fəxri qonaq qismində iştirak edən Hikmət Hacıyev çıxışında Meksikanı Müstəqillik Günü münasibətilə təbrik edib və Şuşada belə bir tədbirin keçirilməsini diplomatik praktikada yeni ənənə kimi qiymətləndirib.
Tədbir zamanı Şuşanın diplomatik paytaxtlardan biri kimi özünü göstərdiyi, artıq digər ölkələrin müstəqillik günlərinin Şuşada keçirilməsinin bunun göstəricisi olduğu xüsusi qeyd olunub.
Tədbir bədii hissə ilə davam edib.