BAKI, 11 sentyabr. TELEQRAF
Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya üzrə keçmiş dövlət naziri Giorgi Baramidzeni həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin hökumətində yüksək vəzifə tutan Baramidze dövlətə xəyanət və təxribat ittihamları ilə həbs edilib.
Gürcüstanın "Pirveli" telekanalı da Baramidzenin həbsinin görüntülərini yayımlayıb. Görüntülərdə keçmiş məmurun öz mənzilində həbs olunduğu görünür.
Baramidze daha əvvəl müxalifətçi Yaqo Xviçianın müəllif proqramında bildirib ki, 1992-1993-cü illərdə Abxaziya münaqişəsi zamanı Gürcüstan tərəfi əsgərlərini əsirlikdən geri qaytara bilməyib. Səbəb Gürcüstanda abxaz hərbi əsirlərinin olmaması olub, çünki əsirlər güllələnərək öldürülüb.
Daha sonra Gürcüstan prokurorluğu Baramidzeyə qarşı dövlətə xəyanət və təxribat ittihamları ilə cinayət işi açıb.