ŞUŞA, 11 sentyabr. TELEQRAF
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini daha da genişləndirmək niyyətindədir.
Teleqraf-ın Şuşaya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, Meksika və Azərbaycan dinamik iqtisadiyyata malik ölkələrdir və iki ölkə arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə güclənib:
“Buna baxmayaraq, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial və geniş imkanlar mövcuddur”.
Diplomat qeyd edib ki, Meksika investisiya və ticarət mübadiləsini intensivləşdirmək, həmçinin ölkənin ən tanınmış məhsullarını Azərbaycana gətirmək istəyir.