
BAKI, 24 fevral. TELEQRAF
ABŞ-nin texnologiya şirkəti "Apple" yaxın dörd il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə qoyacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, şirkətdən Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Ayova, Oreqon, Şimali Karolina və Vaşinqtonda komanda və obyektlərini inkişaf etdirməyə qərar verdiyi bildirilib.
Məlumatda planlaşdırılan investisiyalar arasında Texasda yeni fabrikin qurulmasının olduğu, süni intellekt və silikon mühəndisliyinə investisiyaların da artırılacağı qeyd edilib.
Şirkətin baş direktoru Tim Cook Amerika inkişaf edən innovasiyalarına nikbin baxdıqlarını ifadə edərək deyib: "Amerikaya innovasiya tarixində qeyri-adi yeni bir səhifə yazmağa kömək etmək üçün bu ölkədəki insanlar və şirkətlərlə işləməyə davam edəcəyik".