
BAKI, 24 fevral. TELEQRAF
ABŞ BMT Baş Assambleyasının fevralın 24-də səsvermə keçirəcəyi Avropa İttifaqı (Aİ) və Ukraynanın müəllifi olduğu Rusiya əleyhinə qətnamə layihəsini geri götürməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, rəsmi Kiyev və Aİ Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə layihəsi hazırlayıb. BMT Baş Assambleyası fevralın 24-də bununla bağlı səsvermə keçirməlidir. ABŞ qətnamənin geri götürülməsinə çağırıb və öz mətnini təklif edib.
Qeyd olunur ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası da ABŞ-nin qətnamə layihəsinə səs verəcək.