BAKI, 21 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Volodimir Zelenskinin iştirakını lüzumsuz hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə "CBS" müxbiri Cennifer Jacobs "X" də Trampdan sitat gətirərərək yazıb: "ABŞ lideri qeyd edir ki, mən onun üçün görüşlərdə olmağın o qədər də vacib olduğunu düşünmürəm".

Bundan əlavə, amerikalı lider ölkənin maliyyə naziri Skott Bessentin Kiyevə səfərini “boş səfər” adlandırıb: “Açığını desəm, kaş o, heç vaxt ora gəlməsəydi”, - Tramp əlavə edib.