BAKI, 20 fevral. TELEQRAF
Kosta Rika ABŞ-dən deportasiya edilən Hindistan, Özbəkistan və Qazaxıstan vətəndaşlarını qəbul edəcək.
Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Rodriqo Çaves bildirib.
Çaves 50 uşaq da daxil olmaqla miqrantların 3-6 həftə müvəqqəti saxlama məntəqəsində qalacaqlarını, bundan sonra evlərinə göndəriləcəyini bildirib. Eyni zamanda, əcnəbilərin məntəqəni tərk etməsinə qadağa qoyulacaq. Deportasiya edilmiş miqrantların saxlanması üçün bütün xərclər ABŞ hökuməti tərəfindən ödəniləcək .
Kosta Rika prezidenti qeyd edib ki, əvvəllər miqrasiya sahəsində nizam-intizam yox idi, lakin indi ölkə hakimiyyətinin sıx əməkdaşlıq etdiyi Vaşinqton hər şeyi öz əlinə alıb. Çavesin sözlərinə görə, Birləşmiş Ştatlar respublikadan 200 miqrantı qəbul etməyi xahiş edib, çünki onlar bu qədər qeyri-qanuni immiqrantın işinə baxa bilmirlər.