BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü deyib ki, Üçüncü Dünya müharibəsi heç kimin marağında deyil, lakin ölkənin keçmiş lideri Co Bayden daha bir il hakimiyyətdə qalsaydı, müharibə baş verəcəkdi.

Teleqraf xəbər verir ki, Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi investisiya forumunda çıxışı zamanı Tramp müharibənin heç kimə faydası olmadığını deyib.

"Siz o qədər də uzaqda deyilsiniz. İndi sizə deyəcəyəm. Əgər bizdə Co Bayden daha bir il də qalsaydı, Üçüncü Dünya müharibəsi baş verəcəkdi. Amma indi bu baş verməyəcək".