
BAKI, 20 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa hakimiyyət orqanları miqrasiya problemini çox gec olmadan həll etməlidir.
Teleqraf xəbər verir ki, o, çərşənbə günü Səudiyyə Ərəbistanı tərəfindən Mayamidə (Florida) təşkil olunan investisiya forumunda müvafiq bəyanatla çıxış edib.
ABŞ-dan qeyri-qanuni mühacirləri çıxarmaq siyasətindən danışan Tramp “Avropa və digər yerlərin də eyni şeyi etməyə başlamasının vaxtı çatıb”, -deyə bildirib.
"Onlar immiqrasiya ilə məşğul olsalar yaxşı olar, çünki bu, Avropaya çox ziyan vurur. Onlar çox gec olmadan ağıllı və sərt tədbirlər görməlidirlər", - Amerika lideri vurğulayıb.
Tramp əvvəllər dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra o, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edən fərman imzalayıb. ABŞ Daxili Təhlükəsizlik Departamenti Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri deportasiya etməyə icazə verib.