BAKI, 20 fevral. TELEQRAF

ABŞ administrasiyası 2025-ci ilə kimi ölkənin büdcəsini tarazlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz büdcəmizi tarazlaşdıracağımıza ümid edirik. Ona görə də mən bunu vəd etmək istəmirəm, çünki bunu etsəm və 10 dollar az olsaq, yalançı media deyəcək ki, "son xəbərlərimiz var. O, uğursuz oldu", - deyə, Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-nin dövlət borcu 36,5 trilyon dolları və ya adambaşına 107 min dolları ötür.