BAKI, 20 fevral. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun komandanlığına qarşıdakı beş il üçün müdafiə xərclərini 8 faiz ixtisar etməklə bağlı əmr verib.

Teleqraf "The Washington Post"a istinadla xəbər verir ki, əmrə əsasən,17 hərbi sahə üzrə ixtisarlar planı fevralın 24-nə qədər işlənilib hazırlanmalıdır.

Bura ABŞ-nin cənub sərhədindəki əməliyyatlar, nüvə silahları və raket əleyhinə müdafiə sisteminin modernləşdirilməsi, sualtı qayıqlar, birtərəfli hücum pilotsuz təyyarələri və digər döyüş sursatlarının əldə edilməsi üçün nəzərdə tutulmuş xərclərin azaldılması daxildir.

Pentaqonun 2025-ci il üçün büdcəsi təxminən 850 milyard dollar təşkil edir. Əgər plan təsdiqlənərsə, ABŞ-nin hərbi xərcləri 5 il ərzində 50 milyard dollar azalacaq.