BAKI, 15 oktyabr. TELEQRAF
Türkmənistan səfiri Məkan İşanquliyev Əddis-Əbəbədə Afrika İttifaqı Komissiyasının sədr müavini Məhəmməd əl-Amin Suef ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər Türkmənistanın Afrika ölkələri ilə son vaxtlar yeni səviyyəyə yüksələn əməkdaşlığının inkişafını müzakirə ediblər.
M.İşanquliyev Afrika dövlətləri ilə dostluq və qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinin Türkmənistanın xarici siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb.
Afrika İttifaqı Komissiyasının sədr müavini enerji, kimya sənayesi, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq potensialını qeyd edib.
Afrika İttifaqı bir milyarddan çox əhalisi olan 55 dövləti birləşdirir. Onun mərkəzi qərargahı Əddis-Əbəbədə yerləşir.