BAKI, 26 noyabr. TELEQRAF
“Ukraynada xüsusi hərbi əməliyyatın (müharibəni nəzərdə tutur - red.) məqsədlərinə nail olunacaq və Qərbin maliyyə dəstəyi Kiyevi xilas edə bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə deyib.
“Rəqəmlərlə manipulyasiya etmək Qərb nümayəndələrinin çoxdan sevimli üsuluna çevrilib. Ukrayna neonasistlərinin xəyali uğurları ilə münaqişənin davam etdirilməsinə yönələn qanlı investisiyalarının “effektivliyini” sübut etməyə çalışırlar”, - Şoyqu bildirib.
O iddia edib ki, maliyyə dəstəyi Ukrayna hakimiyyətini xilas etməyəcək, müharibənin məqsədlərinə nail olunacaq.