BAKI, 26 noyabr. TELEQRAF

“TRIPP layihəsinin icrasının növbəti mühüm mərhələsinə qədəm qoyuruq və bu mərhələdə səhmdarlar sazişinin mətni razılaşdırılır. Bir həftə ərzində sənəd imzalanacaq, bundan sonra şirkət Ermənistan Respublikasında qeydiyyatdan keçəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O vurğulayıb ki, saziş imzalandıqdan sonra layihə çərçivəsində praktiki işlərin həyata keçirilməsi üçün real imkan yaranacaq:

“TRIPP Development Company” şirkətinin səhmdarlar müqaviləsinin bir həftə ərzində imzalanması planlaşdırılır, bundan sonra şirkət Ermənistanda qeydiyyatdan keçəcək və praktiki işlər görmək imkanı əldə edəcək”.