BAKI, 25 noyabr. TELEQRAF

Hörmüz boğazının cənub və şərqində minaya düşən iki neft tankerində partlayışdan sonra yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat verib.

“Dənizçilik qaydalarını pozan iki gəmi Hörmüz boğazının cənub və şərq hissələrində minaya düşüb”, - açıqlamada bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində hər iki tankerdə yanğın başlayıb.

SEPAH gəmi sahiblərinə və tanker operatorlarına xəbərdarlıq edərək bəyan edib ki, qadağan olunmuş zonalardan keçid ekipaj üzvlərinin həyatı və gəmilərin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.