BAKI, 26 noyabr. TELEQRAF
Avropa qaz təhcizatını şaxələndirilməsinə baxmayaraq, idxal həcmini tam əvəz edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.
Nəşr xatırladıb ki, Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alışını 2027-ci il yanvarın 1-dək, boru kəmərləri ilə nəql olunan qazın alışını isə 2027-ci il noyabrın 1-dən gec olmayaraq dayandırmaq qərarına gəlib. Yaxın Şərqdəki vəziyyət, xüsusilə Hörmüz boğazının bağlanması vəziyyəti daha da ağırlaşdırıb.
Qeyd edək ki, Bundan əvvəl “Financial Times” nəşri “McKinsey” konsaltinq şirkətinin 2026-cı il üzrə məlumatlarına istinadən Avropadakı sənaye şirkətlərinin yarısının ağır maliyyə vəziyyətinə düşdüyünü yazıb. Buna yüksək enerji və əməkhaqqı xərcləri, eləcə də Çin istehsalçılarının rəqabəti səbəb olub.