BAKI, 26 noyabr. TELEQRAF

“Barselona”nın qapıçısı ilə forma dəyişməyə cəhd etdim. Sırf öz kolleksiyam üçün, xatirə olaraq saxlamaq istəyirdim, amma alınmadı”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın kapitanı Stas Pokatilov jurnalistlərə açıqlamasında deyib.

Qapıçı matç zamanı rəqibin adına deyil, öz oyunlarına kökləndiklərini bildirib:

“Meydana çıxanda qarşındakı rəqibin kim olduğunu düşünmürsən. Öz tapşırığın, öz oyun planın var. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparırsansa, artıq rəqibin kimliyinin fərqi olmur”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.