BAKI, 26 noyabr. TELEQRAF
Rusiya Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə zərbə endirib, xəsarət alanlar var.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
“Paytaxta gecə saatlarında edilən düşmən hücumu nəticəsində 7 nəfər xəsarət alıb”, - məlumatda bildirilir.
Kiyev meri Vitali Kliçko da yaralılardan üçünün həkimlər tərəfindən xəstəxanaya çatdırıldığını bildirib. İkisinin vəziyyəti ağırdır.