BAKI, 26 noyabr. TELEQRAF
“Ermənistan müxalifəti Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın nə demək olduğunu bilmir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyan deyib.
Şura nümayəndəsi bunun münaqişə məntiqi ilə eyni olduğunu bildirib: “Bir çox ölkənin heç Müstəqillik Bəyannaməsi belə yoxdur. Bəs onda nə olsun?”.
Daniel İoannisyanın sözlərinə görə, Ermənistan müxalifəti bu məsələdə Rusiya ilə eyni mövqedən çıxış edir:
“Müxalifətimiz Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəmir, çünki məsələyə Moskvanın gözü ilə baxır. Moskva Ermənistanın Azərbaycanla sülh qurmasını və Qərblə münasibətlərini genişləndirməsini istəmir. Ermənistanın rəhbərinin kim olması Moskva üçün əhəmiyyət daşımır, əsas odur ki, İrəvan bu addımları atmasın”.