BAKI, 25 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Yəməndə fəaliyyət göstərən “Ənsarallah” (husilər) terror təşkilatının Səudiyyə Ərəbistanında mülki infrastruktura və enerji obyektlərinə hücumlarını pisləyib.
Teleqraf xəbər verir ki, tərəflər Hörmüz və Bab əl-Məndəb boğazlarında naviqasiya azadlığının qorunmasının vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı regionda, o cümlədən Sudan və Livanda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş birgə səylər də müzakirə olunub.