BAKI, 25 noyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketi çərçivəsində avropalılara Rusiya şirkətlərinin rəhbər orqanlarında təmsil olunmaq qadağan edilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “T-online” məlumat yayıb.
Sanksiyalar Almaniyanın keçmiş kansleri Gerhard Şröderə də şamil oluna bilər. Nəşrin yazdığına görə, Şröder Rusiyada fəaliyyətini davam etdirən Almaniyanın “Globus” supermarketlər şəbəkəsini idarə edən “Hyperglobus” şirkətinin Müşahidə Şurasında təmsil olunur.
Gerhard Şröder Rusiya Prezidenti Vladimir Putinlə dostluq əlaqələrinə malikdir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen həftənin əvvəlində 22-ci sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.